Avstriya millisinin futbolçusu Marsel Sabitzer komandasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, hücumçu son matçda Azərbaycan yığması ilə qarşılaşmada qələbə qolunun müəllifi olduğu üçün sevincli olduğunu bildirib:

“Bu qol böyük önəm kəsb edir. Həm qələbəmizi, həm də final mərhələsinə vəsiqəni təmin etdi. Qrupdan çıxmaq bizim üçün çox şey deməkdir. Üçüncü dəfədir ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanırıq. Hələ seçmə mərhələ başlayanda hədəfimiz bu idi. Heç bir rəqiblə görüşdə qapalı futbol göstərmədik. Azarkeşləri tribunalara cəlb etməyə, baxımlı oyun sərgiləməyə çalışdıq. Bunun da bəhrəsini nəticələrimizlə gördük. Azarkeşlər artıq eyforiyaya qapıla bilərlər”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika keçirilən qarşılaşmada Sabitzer 48-ci dəqiqədə penaltidən fərqlənib və komandasına 1:0 hesablı qələbə qazandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp