I Liqanın 4-cü turunun “İmişli” – “İrəvan” oyunu baş tutmayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bunlar qeyd olunub:

“Bu gün keçirilməli olan “İmişli” – “İrəvan” görüşü qonaq komandanın oyuna gəlməməsi səbəbindən baş tutmayacaq. Qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək”.

Xatırladaq ki, “İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün görüşü boykot ediblər. Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp