Rusiya idmançıları cüdo üzrə Avropa çempionatında iştirak edəcəklər. Onlar neytral statusda mübarizə aparacaqlar. Bu barədə məlumat Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında yer alıb.

Rusiya komandasının tərkibində çempionata bu idmançılar yollanacaq: Ramazan Abdullayev və Qamzat Zairbekov (hər ikisi 60 kq), Yaqo Abuladze və Murad Çopanov (hər ikisi 66 kq), Danil Lavrentyev (73 kq), Timur Arbuzov (81 kq), Mansur Lorsanov (90 kq), Matvey Kanikovski (100 kq), Valeri Yendovitski (100 kq-dan yuxarı), Səbinə Gilyazova və Kristina Dudina (48 kq), Alesya Kuznetsova ( 52 kq), Daria Kurbonməmədova və Kseniya Qalitskaya (hər ikisi 57 kq), Kamilə Badurova (63 kq), Mədinə Taymazova və Daria Xramoikina (hər ikisi 70 kq).

Xatırladaq ki, cüdo üzrə Avropa çempionatı noyabrın 3-dən 5-dək Fransanın Monpelye şəhərində təşkil ediləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp