Basketbol üzrə Avroliqanın müntəzəm çempionatının “Valensiya” – “Makkabi” Təl-Əviv matçının təhlükəsizliyini 700-dən çox polis təmin edəcək. Bu qərar Fələstin – İsrail münaqişəsinin gərginləşməsi fonunda qəbul edilib.

Futbolinfo.az xəbər verir ki, matç bu gün, oktyabrın 18-də Valensiyada baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xatırladaq ki, keçən həftə İsrail komandasının oyunu təxirə salınmışdı. “Makkabi” komandası təhlükəsizlik səbəbi ilə öz ölkəsində deyil, Kiprdə məskunlaşıb. Təlim-məşq düşərgəsinə əvvəlcə əcnəbilər, sonra isə İsrail basketbolçuları gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp