Assan Uedraoqo qitə nəhənglərinin diqqət mərkəzinə düşüb. 17 yaşlı almaniyalı istedad gələcəyin ən perspektivli futbolçularından hesab olunur.

Futbolinfo.az xəbər verir ki, bu ildən “Şalke”də əsas komandaya qoşulan Burkina Faso əsilli yarımmüdafiəçi skautların diqqət mərkəzindədir. İndidən onun transfer dəyəri milyonlarla ölçülür.

“Şalke”nin yetirməsi ilə “Liverpul”, “Everton” və “Brayton” maraqlanır. “Bayern”in də diqqət göstərdiyi oyunçuya ən çox önəm verən “Milan”dır. İtaliya klubu indidən onun transfer hüququnu almaq üçün səy göstərir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp