AFFA Klublar Komitəsinin iclasının vaxtı dəqiqləşib. Misli Premyer Liqası təmsilçilərinin nümayəndələri bu gün saat 15:00-da assosiasiyanın inzibati binasında bir araya gələcək.

Futbolinfo.az xəbər verir ki, hələ rəsmən açıqlanmayan Gündəlikdə həyati əhəmiyyətli məsələ yoxdur. Klub rəsmiləri daha çox cari məsələlər barədə müzakirə aparacaq.

Amma klub nümayəndələri belə düşünmür. Belə ki, onlar bəzi məsələləri AFFA qarşısında qaldırmağı düşünür. Bura hakimlərin idarəçiliyi, əvəzedici heyətlərin maliyyələşməsinə yardım edilməsi və s. daxildir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp