Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar əməliyyat olunacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.

Uruqvayla dünənki matçda zədələnərək meydanı göz yaşları içində tərk edən hücumçunun sol diz ön çarpaz bağları qırılıb. Yaxın vaxtlarda əməliyyat olunacaq futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp