“Bayern”də sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə Leroy Sane 1-ci olub.

O, azarkeşlərin 39 faiz səsini toplayıb. Matis Tel 2-ci (23 faiz), Harri Keyn (13 faiz) 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu sentyabrda Bundesliqada 4, Çempionlar Liqasında isə 1 oyuna çıxıb, 4 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp