Hər mövsüm ciddi zədə alan və bir neçə aylıq sıradan çıxan Neymarın yenə başı dərddədir. Braziliyalı futbolçu bu dəfə daha uzun müddət futboldan kənar qalacaq.

Futbolinfo.az xəbər verir ki, Uruqvayla son seşmə mərhələ matçında zədələnən hücumçu əməliyyat olunacaq. Onun bu yay transfer olunduğu “Əl Hilal” Braziliya millisinin üzvünün diz çarpaz bağlarının qırıldığını və bu üzdən əməliyyat olunacağını rəsmən açıqlayıb.

Artıq həkimlərin Neymarla bağlı diaqnozu da var. O, 8-9 ay oynaya bilməyəcək. Bu da brazilyalı üçün mövsümün erkən başa çatması deməkdir. Neymarın çarpaz bağlarının qırılması ilə yanaşı sol ayağında baldır əzələs də deşilib.

Yayda Neymar üçün PSJ-yə yüksək məbləğ ödəyən Səudiyyə Ərəbistanı klubu çətin vəziyyətə düşüb. Ərəblər millinin düşərgəsində sıradan çıxan oyunçuya görə təzminat tələb etmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp