AVRO-2024-ün seçmə mərhələsi başa çatmaq üzrədir. Bu ay baş tutan matçların ardından 10 komandanın final mərhələsində iştirakı rəsmiləşib. Noyabrda baş tutacaq son iki turun matçları ilə birlikdə seçmə mərhələyə yekun vurulacaq.

F qrupunda yer alan Azərbaycan millisi ilk qələbəsini ötən həftə Estoniya səfərində əldə edib. Aktivində 4 xal olan komandamız bunun hamısını məhz estonlardan alıb. Maraqlıdır ki, Estoniya postsovet məkanı ölkələri sırasında qruplarda qazanılan xal baxımından Canni de Byazinin qabaqladığı cəmi 2 komandadan biridir. Bu komanda qrupda aktivinə yalnız 1 xal yazdırıb ki, bu da Bakıdakı görüşə təsadüf edib.

Yığmamızın xal sayında üstələdiyi digər komanda isə Latviyadır. Onlar isə yer aldıqları qrupda bu ana qədər 3 xal qazana biliblər.

Rusiya millisinin sanksiyalar səbəbindən kənarda qaldığını nəzərə alsaq, postsovet ölkələrindən 10-u Avropa çempionatının seçmə mərhələsində mübarizə aparır. Azərbaycan millisi isə onlar arasında ən yaxşı 8-ci göstəriciyə malikdir. Qazaxıstan, Ukrayna, Moldova və Ermənistanın hələ də final mərhələsinə vəsiqə şansını qoruduğu halda de Byazi və komandası qrup sonuncusu olmamağımıza sevinir.

Postsovet məkanı komandalarının seçmə mərhələdə topladıqları xallara görə sıralaması:

1. Qazaxıstan – 15 xal (8 oyun)

2. Ukrayna – 13 xal (7 oyun)

3. Moldova – 9 xal (6 oyun)

4-5. Gürcüstan – 7 xal (6 oyun)

4-5. Ermənistan – 7 xal (6 oyun)

6. Litva – 6 xal (7 oyun)

7. Belarus – 6 xal (8 oyun)

8. Azərbaycan – 4 xal (6 oyun)

9. Latviya – 3 xal (7 oyun)

10. Estoniya – 1 xal (6 oyun)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp