Bu gün AFFA Klublar Komitəsinin növbəti iclasında seçki olacaq. Qurumun yeni sədri müəyyənləşəcək.

Futbolinfo.az xəbər verir ki, komitənin hazırkı sədri Fariz Nəcəfovun səlahiyyət müddəti başa çatıb. Ötən il avqustun 31-dən bu postda əyləşən “Qəbələ” prezidenti yerini başqasına verəcək.

Xatırladaq ki, daha əvvəllər Fikrət Hüseynov, Kamran Quliyev və Riad Rəfiyev Klublar Komitəsinin sədri olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp