“Las-Veqas Aces” WNBA pley-off mərhələsinin final seriyasının dördüncü oyununda Nyu-Yorkun komandasını məğlub edərək (70:69) seriyanı qələbəylə yekunlaşdırıb.

“Aces”in hücumçusu Aja Vilson görüşü 24 xal və 16 ribaundla tamamlayıb. O, final seriyasının MVP-si seçilib. Komanda yoldaşları Yanq 16, Corc 11 və Klark 10 xal toplayıblar. Nyu-yorkluların heyətində görüşü Vandersloot 19, Leni 15, İonesku 13 xalla bitirib. Stüart isə 10 xaldan əlavə 14 dəfə də ribaund edib.

Qeyd edək ki, Las Veqas şəhərinin komandası ardıcıl ikinci mövsüm WNBA çempionu olub. Qadınların çempionatında pley-off mərhələsi 3 qələbəyə qədər davam edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp