“F1-Insider”in verdiyi məlumata görə, “Red Bull”un sürücüsü Maks Verstappen, məsləhətçi funksiyasını yerinə yetirən Helmut Markonun gedəcəyi halda komandadan ayrılacağını rəhbərliyə bildirib.

Mənbənin xəbərinə görə, niderlandlı sürücü komandada baş direktor Kristian Hornerlə Helmut Marko arasında gedən mübarizədən narazıdır. Pilot bu fikrini açıq şəkildə komanda sahiblərinə çatdırıb.

Xatırladaq ki, “Red Bull” cari mövsümdə vaxtından əvvəl “Mühəndislər kuboku”nun qalibi olub, Maks Ferstappen isə dünya çempionluğu titulunu rəsmiləşdirib.

Qeyd edək ki, bir müddət əvvəl Marko “Red Bull”un yaradıcısı Ditrix Mateşitsin ölümündən sonra  komandada səlahiyyətlərin yenidən bölüşdürülməsi üçün mübarizənin başlandığını söyləmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp