“Vaşinqton Vizards” komandasının hücumameylli müdafiəçisi Cordan Pul mövsümöncəsi oyunda fantastik nəticəyə imza atıb. Yoldaşlıq oyununda paytaxt təmsilçisi “Nyu-York Niks”lə qarşılaşıb. Görüş 131:106 hesabı ilə “Vizards”ın xeyrinə başa çatıb.

Cordan Pul oyunun 27 dəqiqəsində meydançada olub. Bu müddət ərzində o, 41 xal toplayıb. O, həm də 5 ribaund və 2 assist edib.

Beləliklə, 24 yaşlı basketbolçu Maykl Cordanın 23 il əvvəlki klub rekordunu təkrarlayıb. Əfsanəvi basketbolçu da həmin vaxt bir yoldaşlıq oyununda bu qədər xal toplamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp