“Böyük dəbilqə” seriyalı turnirlərinin ikqat qalibi, dünyanın 2 nömrəli tennisçisi Karlos Alkaras İsveçrənin Bazel şəhərində keçiriləcək ATP-500 yarışından imtina edib. Bunun səbəbi idmançının zədələnməsidir. İspan tennisçinin sol ayağının dabanında və omba əzələsində problemlər var.

Alkarasın imtinasından sonra Sten Vavrinka turnirdə iştirak edəcək. İsveçrəli tennisçi hazırda dünya reytinqində 46-cı pillədədir. Qeyd edək ki, turnirə bu həftənin sonunda start veriləcək.

Alkaras yayda “Uimbldon”da qazandığı çempionluqdan sonra uğursuzluqları ilə yadda qalır. İspan tennisçi Şanxayda “Masters” turnirinin 1/8 final mərhələsində Qriqor Dimitrova məğlub olmuşdu. Ondan əvvəl də Alkaras italyan tennisçi Yannik Sinnerlə bacara bilməmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp