“Red Bull” komandası qeyri-adi müsabiqəyə yekun vurub. Belə ki, komanda bolidin rənglənməsini azarkeşlərin ixtiyarına buraxıb. Müsabiqədə dünyanın istənilən azarkeşi iştirak etmək hüququna malik olub. Məhz fanatların seçimi ilə komanda bolidi bəzəyib.

Ümumilikdə 2000-dən çox dizayn göndərilib. Onlar arasında səsvermə keçirilərək qalib müəyyənləşib. Yekunda argentinalı rəssam Franko Kavallonenin variantı azarkeşlər arasında ən çox səs toplayıb.

ABŞ qran-prisindən əvvəl Avstriya komandası yekun dizaynı nümayiş etdirib. Məhz bu formada “Red Bull” komandası sabah başlayacaq qran-pridə iştirak edəcək.

“Frankonun variantı əladır. Maşın Texasın mədəniyyətini və rənglərini nümayiş etdirir. Ayrıca bir qran-pris üçün biz maşını nadir hallarda bəzəyirik. Azarkeşlər arasında bu qədər marağın olması sevindirici haldır”, – deyə komandanın icraçı direktoru Kristian Horner bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp