Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar müəyyənləşib.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi 11-ci qrupun 2-ci turundakı İtaliya – Şimali İrlandiya və 3-cü turun Yunanıstan – İtaliya matçlarında əsas hakim olacaq.

Hər iki görüşdə ona digər təmsilçimiz Vüsal Məmmədov laynsman kimi kömək göstərək.

Qeyd edək ki, İtaliya – Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan – İtaliya qarşılaşması isə oktyabrın 31-də təşkil olunacaq. Bu qrupun matçları İtaliyada keçiriləcək

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp