Albaniya yığmasının “sükanı arxasında” olan Silvinyo komandanın sabiq baş məşqçisi Canni De Byazinin uğurunu üstələyib.

Futbolinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis buna yoldaşlıq oyununda Bolqarıstana (2:0) qalib gəldikləri matçda nail olub.

Milli braziliyalı baş məşqçinin rəhbərliyi altında son 6 qarşılaşmada (5 qələbə, 1 heç-heçə) uduzmayıb. De Byazi 2011-2017-ci illərdə bu komandada işlədiyi dönəmdə 5 görüşü məğlubiyyətsiz başa vurmuşdu.

Albaniya yığmasındakı rekord isə 2009-2011-ci illərdə burada işləmiş xorvatiyalı Yosip Kujeyə (8 məğlubiyyətsiz matç) aiddir.

Silvinyo bu il yanvarın 2-də Albaniya yığmasına baş məşqçi təyin olunub. Canni De Byazi isə 2020-ci ildən Azərbaycan millisində çalışır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp