I Liqa klubu “İrəvan”da baş verənlər diqqətsiz qalmayıb. 4 aydır maaş almayan futbolçuların məşqləri boykot etməsi, üstəlik son turun “İmişli” ilə səfər matçına getməməsi cavabdeh şəxslərin vəziyyətə müdaxiləsinə səbəb olub.

Futbolinfo.az xəbər verir ki, artıq komanda nəzarətə götürülüb. Klubun yaradılması layihəsi ən yüksək səviyyədə dəstəkləndiyindən olaylar da ona uyğun araşdırılır. Klubdaxili problemlər, maaşların öfənilməməsinin səbəbkarları və s. tezliklə müəyyənləşdiriləcək və qərarlar veriləcək.

Əslində, futbolçuların bu müddətdə maaş almaması nonsensdir. Hətta layihənin səbəbkarları maliyyə vəsaitini gecikdirsə də, problem bu qədər böyüməməlidir. Çünki AFFA hər ay I Liqa klublarına 30 min (illik 300 min) AZN ödəniş edir. Və bildiyimizə görə, bütün I Liqa klubları, o cümlədən “İrəvan” azı iki ayın (avqust və sentyabr) vəsaitini alıb. Həmin məbləğin hara xərcləndiyi və ya niyə xərclənmədiyi mütləq araşdırılmalıdır.

Artıq proses başlayıb və “İrəvan”da tezliklə ciddi islahatlar aparılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp