Hindistan Olimpiya Oyunlarını keçirməyi planlaşdırır. Bu barədə ölkənin baş naziri Narendra Modi xəbər verib.

Xatırladaq ki, 2032-ci ildə Olimpiadaya Brisben ev sahibliyi edəcək. Hindistan isə növbəti Olimpiya Oyunlarını qəbul etmək üçün ərziəsini təqdim etmək fikrindədir.

Hələlik 2036-cı il Olimpiya Oyunlarını keçirməyə 3 namizəd var. Hindistanın rəqibləri Polşa, Meksika və İndoneziyadır. Narendra Modinin sözlərinə görə, Olimpiadaya ev sahibliyini qazanmaq ölkə əhalisinin arzularının çin olmasıdır. Bunu 2 milyarda yaxın insan istəyir.

Əsas problem infrastruktur ola bilər. Lakin bunun da öhdəsindən gəlmək çətin olmayacaq. Ölkənin Mumbai şəhəri hazırda inkişaf tempinə görə dünyanın qabaqcıl meqapolislərinə çatmaqdadır. İşçi qüvvəsinin ucuzluğunu da nəzərə alsaq, qısa müddət ərzində müasir arenaların tikintisi problemsiz görünür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp