Bir neçə gün əvvəl FIFA 2030-cu ilin Dünya Çempionatını keçirməyi İspaniya, Portuqaliya və Mərakeşə həvalə etdi. Ev sahibliyi edəcək ölkələr artıq indidən hazırlığa start verib və həll edilməli olan naməlum məqamlara aydınlıq gətirilir.

Dünya Çempionatının keçiriləcəyi yerlər uğrunda indidən gərgin mübarizə gedir. Bu mübarizə İspaniyada xüsusilə ciddi vəziyyət alıb. Belə ki, böyük stadionları və güclü ənənəyə malik klubları olan şəhərlərin sayı kifayət qədərdir. Hər bir şəhər təşkil ediləcək Dünya Çempionatından pay almaq istəyir. Hazırda məlum olan şey İspaniyanın turnir üçün neçə məkana sahib olacağı, Portuqaliya və Mərakeş ilə bölüşdürmənin necə olacağıdır.

FIFA 2030-cu il Dünya Çempionatı üçün ümumilikdə 18 arenanın olacağını bildirib. Daha öncə də verdiyimiz məlumata görə, İspaniya 11 , Mərakeş 4 , Portuqaliya isə 3 stadionla oyunları qəbul edəcək.

Portuqaliyanın 3 arenası artıq məlumdur. Onlardan ikisi Lissabonda (Estadio da Luz və Jose Alvalade), biri də Portuda (Estadio do Dragao) yerləşir. Mərakeşlə də hər şey aydındır. Ən müəmmalı vəziyyət İspaniyadadır.

İspaniyada 10 yerə 17 iddialı şəhər var. Bəzi versiyalara görə, FİFA stadionların sayını artırıb 20-yə çatdıra bilər. Belə olan halda Mərakeşlə İspaniya əlavə bir arena təqdim etməyə imkan qazanacaq. Hələlik isə bu müzakirə olunur.

İspaniya 2030-cu ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının əsas ev sahibidir. 7 ildən sonra keçiriləcək dünya çempionatının əsas məkanı məhz bu ölkə olacaq. Ümumilikdə, 6 fərqli ölkədə keçirilməsinə baxmayaraq (unutmayaq ki, Uruqvay, Argentina və Paraqvay mundialın yüzilliyinə görə hərəsi bir oyun qəbul edəcək), heç birinin İspaniyadan daha çox məkanı olmayacaq.

69fa037a c923 4495 bf8c c70610d60040 - Futbolinfo.az

Hazırda İspaniya mətbuatının gündəmini zəbt edən məqamlardan biri  futbol stadionlarının seçilməsidir. 8 arena artıq dəqiqləşib. Bunlar Madridin və Barselonanın hərəsindən iki stadion, Sevilya, Valensiya, Bilbao və San Sebastyandakı arenalardır.

Burada ən çox diqqəti Valensiya çəkir. “Nuevo Mestalla”da işlər on ildən artıqdır ki, dayandırılıb. Şəhər şurası ilə “Valensiya” Futbol Klubu arasında razılaşma olmadığından, RFEF (İspaniya Kral Futbol Federasiyası) şəhəri siyahıdan çıxara bilər. Lakin federasiya bunu etmək istəmir. Çünki ölkədə futbolu Valensiyasız təsəvvür etmək çətindir. Valensiya Madrid və Barselonadan sonra ölkənin üçüncü şəhəridir. Arena hazır olmasa, şəhəri Dünya Çempionatının qərargahı edəcəklər. Bu , əlbəttə ki, azarkeşləri sevindirməyəcək. Lakin qurumun əlindən bundan artığı gəlmir.

57ca8170 f64b 449b 8d09 d05e7225454f - Futbolinfo.az

Dünya çempionatını qəbul edəcəyi dəqiqləşən 8 İspaniya stadionu bunlardır:

Santyaqo Bernabeu

Metropolitano

Kamp Nou

RCDE Stadionu

Xarterhauz

San Mames

Real Arena

Mestalya

İspaniyaya verilən 11 yer üçün çatmayan 3 stadionun isə adı tam dəqiq deyil. Hazırda bu yerlər uğrunda mübarizədə Saraqosadakı “La Romareda” və iki Qalisiya (“Riazor” və “Balaidos”) stadionu favorit göstərilə bilər. Xixondakı “El Molinon”un da taleyi bəlli deyil. Vakant yer uğrunda mübarizədə Las Palmasdakı “Gran Canaria”, Mursiya və Malaqa şəhərinin stadionlarının adları çəkilir.

Seçilməmiş məkanlarla bağlı mövcud suallar bir müddət davam edəcək . Lakin dəqiq olan bir şey finalın “Santyaqo Bernabeu”da baş tutacağıdır.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp