“Kəpəz”in müdafiəçisi Vurğun Hüseynov milli komandamızı son oyunlardakı çıxışından razı qalıb. Bu barədə o, futbolinfo.az saytına açıqlamasında deyib.

Yığmamızın sabiq üzvü Estoniya və Avstriya ilə son oyunlarda futbolçularımızın yaxşı çıxış etdiyini düşünür: “Millimiz hər iki matçda yaxşı oynadı. Bu, mənim şəxsi fikrimdir. Yaxşı oynamağımızın səbəbi odur ki, hazırda legioner həyatı yaşayan futbolçularımız çoxdur”.

35 yaşlı Hüseynov 2010-cu ildən çıxış etdiyi millimizdə 14 oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp