Neymar zədə almasına görə çox məyus olub. O, təkrar-təkrar əməliyyat olunmasından bezib, lakin yenə də ayağa qalxacağını deyir.

Futbolinfo.az xəbər verir ki, brazilyalı hücumçu son zədəsi haqda bunları deyib: “Çox üzücü bir andır. Həyatımın ən pis dövrüdür. Güclü olduğumu bilirəm, amma bu dəfə ailəmin və dostlarımın dəstəyinə ehtiyacım var. Zədələnmək, əməliyyat olunmaq və cəmi 4 ay sonra eyni şeyin təkrarlanması – bütün bunları yaşamaq asan deyil. Amma mənim inancım var. Hər şeyi Allahın hökmünə buraxıram”.

Xatırladaq ki, Neymar Braziliya yığmasının Uruqvaya qarşı son seçmə mərhələ matçının (0:2) 44-cü dəqiqəsində zədələnərək əvəzlənib. Onun 7-9 ay müddətinə meydanlardan kənar qalacağı gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp