Cud Bellingem “Real”da xoşbəxtdir. İngiltərə millisinin üzvü bu yay keçdiyi Madrid klubunda özünü rahat hiss edir.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi əla debütündən ilhamlanıb: “Önümüzdəki 10-15 ili də burada keçirmək istəyirəm. Olmaq istədiyim yer məhz buradır. “Real”ı sevirəm”.

İrlandiya əsilli futbolçu bu yay Dortmund “Borussiya”sından 103 milyon avroya transfer edilib. 20 yaşlı oyunçunun madridlilərlə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp