UEFA AÇ-2024-ün seçmə mərhələsində keçirilən Belçika – İsveç matçı ilə bağlı qərar verib.

Futbolinfo.az xəbər verir ki, UEFA yarımçıq dayandırılan oyunun davam etdirilməməsini qərara alıb.

Oktyabrın 16-da keçirilən oyun vaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub.

UEFA ikinci hissənin oynanılmamasına, 1:1-in yekun hesab kimi qəbul edilməsinə qərar verib.

F qrupunda yer alan komandaların hərəsinə 1 xal verilib. Sarı vərəqələr və vurulan qollar qüvvədə saxlanılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp