I Liqada 5-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün 3 görüş baş tutub.

Xala həsrət “Araz Saatlı” nəhayət ki, bu turda “Difai Ağsu” ilə ev oyunundan qalib ayrılıb. “Qaradağ Lökbatan” – “Zaqatala” matçında da meydan sahibləri qələbə qazanıblar. “Karvan” isə MOİK-lə ev oyununda darmadağına üzülüb.

I Liqa
5-ci tur

19 oktyabr

“Qaradağ Lökbatan” – “Zaqatala” 2:1
Qollar: Ürfan İsmayılov, 54. Mehdi Tahirov, 81 – Uoren Lloyd, 45+2.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Araz Saatlı” – “Difai Ağsu” 5:2
Qollar: İlkin Əliyev, 62. Kamran Həsənzadə, 69. Elşan Sabbaği, 75. Şamil Abdullayev, 84. Oqtay Məmmədov, 90+5 – Rəhman Quliyev, 26. Ramin Süleymanov, 78.
Saatlı OİK stadionu, 15:00.

“Karvan” – MOİK 0:3
Qollar: Elmir Rəhimzadə, 8; 31. Xəyal Bədirov, 85.
Yevlax şəhər stadionu, 15:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp