24 dəfə “Böyük dəbilqə” seriyalı turnirlərin qalibi olan Novak Cokoviç Səudiyyə Ərəbistanında çıxış edəcək. Onunla birlikdə nümayiş xarakterli turnirdə qadın tennisçilərin reytinqində birinci pillədə olan belaruslu Arina Sobolenka, kişilərin reytinqində 2-ci yerdə qərarlaşan ispan Karlos Alkaras və tunisli Ons Jaber də iştirak edəcək.

Turnir dekabrın 26 və 27-də ölkənin paytaxtı Ər-Riyadda baş tutacaq.

Xatırladaq ki, keçən il Səudiyyə Ərəbistanında yalnız kişilər çıxış edirdi. Yarışın çempionu isə Teylor Frits olmuşdu. Amerikalı tennisçi finalda rusiyalı Daniil Medvedevə 3 setdə qalib gəlmişdi. Bu qələbəyə görə Frits 1 milyon dollar mükafat qazanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp