Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Bayer” Azərbaycan çempionu ilə ev oyununa görə narahatdır.

Futbolinfo.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya klubu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək matçda tribunaların dolması üçün biletlərin qiymətini 10 avroya endirib.

Bundan başqa, stadiona gələcək tələbələrə pulsuz alkoqolsuz içki və beyzbolka da veriləcək.

Qeyd edək ki, hər iki komanda ilk iki oyunda qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp