AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, Z.Ağayeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin B qrupunun 2-ci qrupunda keçiriləcək oyunlarında iştirak edəcək.

Bu qrupda Bosniya və Herseqovina, Lixtenşteyn, Estoniya və Cəbəllütariq milli komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 24-dən 30-dək Bosniya və Herseqovinada təşkil olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp