“Neftçi” qış fasiləsində Rumıniyadan daha bir futbolçu gətirə bilər.

Futbolinfo.az xəbər verir ki, Adrian Mutu sabiq oyunçusu Qriqore Draqoşun xidmətində maraqlıdır.

Mutunun dönəmində Buxarest klubunun aparıcı oyunçularından olan mərkəz müdafiəçisi baş məşqçi postuna Kristiano Berqodinin gəlişindən sonra mövqeyini itirib. 37 yaşlı futbolçu qış fasiləsinə qədər “Rapid”lə müqaviləsinə xitam verməyi planlaşdırır.

Draqoş özü də Mutu ilə yenidən birlikdə çalışmağa razıdı. Ancaq onun “Neftçi”də futbolçu yox, məşqçi kimi fəaliyyət göstərmək ehtimalı daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, Adrian Mutu yayda “Rapid”dən ayrılaraq “Neftçi” ilə anlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp