İsveçrənin Cenevrə şəhərində FİA-nın bu il üçün nəzərdə tutulmuş 3-cü sessiyası başa çatıb. İclasda bir sıra qərarlar qəbul edilib. Ən önəmli və diqqətçəkəni isə cərimələrlə bağlı olub.

İdman kodeksinə edilən dəyişikliyə görə maksimal cərimənin məbləği artırılıb. Bu vaxta qədər yarışlarda maksimum cəza 250 min avro idi. Yeni qərara əsasən bundan sonra stüardlar komanda və pilotu 1 milyon avro dəyərində cərimə edə bilərlər.

FİA-nın bayrağı altında keçirilən digər yarışlrda isə maksimal məbləğ 750 min avro təyin edilib.

“Pirelli” şirkəti 2025-2027-ci illər çempionatında Formula 1-in yeganə təkər təchizatçısı kimi qalacaq. Bu vaxta qədər müqavilə 2024-cü ilin sonunadək nəzərdə tutulmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp