“Los-Anceles Leykers” komandasının lideri Lebron Ceyms 3-cü kitabının anonsunu edib. Ulduz basketbolçunun yeni əsəri gələn ilin aprelində işıq üzü görəcək.

Futbolinfo.az xəbər verir ki, kitabın adı “İ am more than”-dir (“Mən daha böyükəm”). Dördqat MBA çempionu bu əsəri ilə gənclərin özlərinə inamını artırmağa çalışdığını bildirib.

Lebronun ilk kitabı 2020-ci ildə çap edilmişdi. O əsərin adı “Mən vəd verirəm” idi. Ondan sonra çıxan əsər isə “Biz bir ailəyik” adlanırdı. Bu əsər də 2023-cü ildə işıq üzü görüb.

8e298065 ffbd 4e0d 8c10 efb241a3653e - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp