Ağır çəkidə keçmiş dünya çempionu Entoni Coşua MMA qaydaları üzrə döyüşlərdə mümkün iştirakı ilə bağlı sualları cavablandırıb.

“Boksla vidalaşdıqdan sonra diqqətimi biznesə yönəldəcəyəm. Mən pul qazanmaq istəyirəm. Əgər MMA-da pul qazanmaq mükün olarsa, onunla da maraqlanacağam”, – deyə Coşua “Men’s Health” jurnalına müsahibəsində qeyd edib.

Xatırladaq ki, avqustun 13-də baş tutan sonuncu döyüşdə Coşua finlandiyalı Robert Heleniusla qarşılaşıb. Dünya çempionu rəqibini yeddinci raundda nokauta göndərib. Britaniyalı üçün üçün bu qələbə Cermeyn Franklinlə aprelin 1-də baş tutan döyüşdən sonra ikinci olub. Entoni peşəkar rinqdə 26 qələbə qazanıb və yalnız dəfə üç məğlubiyyətlə üzləşib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp