Son günlər avtoidman gündəmini “Red Bull” komandasının rəhbərliyində baş verən intriqalar zəbt edib. Şirkətin yaradıcısı Ditrix Mateşisin vəfatından sonra Formula 1 komandasında söz-söhbətlər artıb. Yayılan məlumata görə, komandada icraçı direktor Kristian Hornerlə məsləhətçi Helmut Marko arasında münaqişə var.

Bu gün yayılan xəbərlər mübahisələrin haradan qaynaqlandığını aşkara çıxarır. Məlumata görə, əsas fikir ayrılığı niderlandlı sürücü Nik De Vrizin dəvətindən başlayıb. Markonun təklif etdiyi sürücünü Horner bəyənməyib. Onun ayrlmasından sonra Daniel Rikkardonun gətirilməsi isə Helmut Markonun xoşuna gəlməyib. Məhz pilot seçimində tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur.

Dünən verdiyimiz məlumata görə, Maks Ferstappen də artıq bu məsələyə qarışmağa məcbur olub. Üçqat dünya çempionu Helmut Markonun tərəfini saxlayaraq , onun qovulması baş verəcəyi halda komandadan gedəcəyini bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp