“Milan” itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Samuel Çukvueze zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

24 yaşlı hücumçu oktyabrın 22-də A Seriyasında “Yuventus”, həmçinin Çempionlar Liqasının qrup mərhələsində Fransanın PSJ komandası ilə 3-cü və 4-cü turun (25 oktyabr və 7 noyabr) matçlarında iştirak edə bilməyəcək.

Nigeriyalı oyunçu yayda İspaniya “Vilyarreal”ından İtaliya təmsilçisinə keçib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp