“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Səbail”i 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün yaxşı oyun və nəticə oldu. Futbolçuların performansından razı qaldım. Onları təbrik edirəm. 4 qol vurduq. Amma daha çox şanslarımız var idi. Eminin komandadakı rolunu çox yüksək qiymətləndirirəm. Bu gün Filip Ozobiç o mövqedə oynadı. Düşünürəm ki, heç də pis çıxış etmədi. Rəhmanın qol vurmağına görə sevinirəm. Aaron Olanarenin oyununu da dəyərləndirərdim. Komanda üçün döyüşürdü. Oyundan-oyuna fiziki durumu yaxşılaşır. Şinyaşiki sonradan oyuna qoşulub qol ötürməsi etdi. Bu gün hücum oyunçuları öz işlərini gördülər. Bilirdik ki, “Səbail” əks-hücumlarda çox təhlükəlidir. Buna görə də Höccəti cinahda oynatdım”.

Shares: