“Qızıl top”un təltifetmə mərasimində “Lev Yaşin” mükafatının qalibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu titula Argentina millisinin qapıçısı Emiliano Martines sahib çıxıb.

İngiltərənin “Aston Villa” klubunun qolkiperi ilə yanaşı, Bris Samba (“Lans”, Fransa), Dominik Livakoviç (“Fənərbaxça”, Türkiyə), Aaron Ramsdeyl (“Arsenal”, İngiltərə), Andre Onana (“Mançester Yunayted”, İngiltərə), Ederson (“Mançester Siti”, İngiltərə), Mark-Andre Ter Ştegen (“Barselona”, İspaniya), Mayk Menyan (“Milan”, İtaliya), Tibo Kurtua (“Real”, İspaniya) və Yassin Bunu (“Əl-Hilal, Səudiyyə Ərəbistanı) bu mükafata iddia edirdilər.

Tədbirdə “Sokrates kuboku”nun da qalibi müəyyənləşib. Mükafatın budəfəki sahibi İspaniyanın “Real” klubunun braziliyalı hücumçusu Vinisius Junior olub. Bu mükafat ictimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulub.

Shares: