“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu mükafata ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.
Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.
Ən yaxşı qadın futbolçu isə İspaniya yığmasının və yerli “Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Aytana Bonmati seçilib.