“Qəbələ”nin sabiq futbolçusu Ermin Zeç karyerasını başa vurmaq qərarına gəlib.
Futbolinfo.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu bir ildən çox futbolsuz qaldıqdan sonra bu addımı atıb.
Onun ölkəsində bir neçə variantı olsa da, Zeç fərqli seçim edib. Forvard ilk klubu olan “İskra”da çalışmağı üstün tutub. İkinci liqa klubunun rəhbər vəzifə təklifi Zeçə cəlbedici gəlib. Tərəflər arasında ilkin razılıq da əldə olunub. Münasibətlər rəsmiləşdirildikdən sonra Zeç futbolçu karyerasını bitirdiyini açıqlayacaq.
Qeyd edək ki, Ermin Zeç 2015-2016 mövsümündə “Qəbələ”nin formasını geyinib.