“Zirə”nin müdafiəçisi Stefan Aka Rumıniya mətbuatına açıqlamasında həmin ölkədə keçirdiyi illəri xatırlayıb.
Futbolinfo.az “gsp.ro”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, həmçinin hazırkı durumunu da dəyələndirib.
Fil Dişi Sahilidən olan Aka Bakı barədə də xoş fikirlər səsləndirib: “Zirə”də işlərim yaxşı gedir, xoşbəxtəm. Əksər matçlarda iştirak edirəm və çempionatda birinci yerdəyik. Bakı gözəl və ucuz şəhərdir. Ancaq düşünürəm ki, Krayova Bakıdan da ucuzluqdur”.
Qeyd edək ki, “Zirə”yə yayda keçən Stefan Aka 2013-cü ildə “Krayova”nın, 2014-2017 və 2019-2021-ci illərdə isə “Universitatya Krayova”nın formasını geyinib.