“Olduqca kompakt oynayan və yaxşı təşkil olunmuş bir komandaya qarşı yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Hesabda geri düşməyimizə baxmayaraq, inamımızı itirmədik nəticədə 2 qol vurmağı bacardıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in futbolçusu Valdemar Almeyda deyib.
Pana ləqəbli futbolçu Azərbaycan Premyer Liqasının 11-ci turunda “Zirə” ilə 2:2-lik bərabərliyə imza atdıqları matçdan danışıb: “Hesabı artırıb daha rahat oynamaq istəyirdik, təəssüf ki, qol buraxdıq və oyun heç-heçə bitdi. Əslində, qələbə qazanıb liderlər sırasında yer almağı çox istəyirdik. İndi bizi dogma azarkeşlərimiz qarşısında daha bir çətin oyun gözləyir. “Turan Tovuz” son oyunda böyükhesablı qələbə qazanıb. Olduqca iddialıdırlar. Əsas istəyimiz uğur qazanıb liderlər sırasında qalmağımızdır. Yaxşı komandamız var, zamanla daha yaxşı olacağıq”.