Yunanıstan liqasının ən prinisipial qarşılaşması baş tutub. Əzəli rəqiblər “Olimpiakos” və “Panatinaikos” Pireydə qarşılaşıb.

Görüş qonaqların 66:54 hesablı qələbəsi ilə başa çatıb. Bu, Ergin Atamanın Yunanıstan klubunun baş məşqçi postuna gəlməsindən sonra ilk əhəmiyyətli qələbəsi olub.

Oyunun ən məhsuldar basketbolçusu Mitoqlu olub. Onun aktivində 20 xal və 10 ribaund var. İspaniyalı ulduz Ernanqomes görüşü 10 xalla başa vurub.

“Panatinaikos” Yunanıstan çempionatında keçirdiyi 4 görüşün hamısında qalib gəlib. “Olimpiakos” əsas rəqibdən bir qələbə geri qalır.

Shares: