MBA-da iki dəfə MVP olan Nikola Yokic və “Filadelfiya Siksers”in müdafiəçisi Tayrez Maksi öz konfranslarında həftənin ən yaxşı oyunçuları seçiliblər.
“Denver Naggets” çempionata üç qələbə ilə başlayıb. Serbiyalının göstəricisi orta hesabla 26,3 xal, 13 ribaund və 7,7 asist təşkil edib. Onun perimetrin daxilindən atışları 61,5% , qövsdən kənardan isə 45,5% dəqiq olub.
“Siksers” üç oyundan ikisində qələbə qazanıb. Maksinin bu görüşlərdə orta göstəricisi 30,3 xal, 6,7 ribaund və 6,3 asist təşkil edib.