Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir , C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri əsas rəqibləri Monteneqro ilə “Dalğa Arena”da qarşılaşacaqlar.

Ukraynalı hakim Anastasiya Romanyukun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Yığmamız IV turun matçı ərəfəsində 7 xalla qrupda liderlik edir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.

Qeyd edək ki, millimiz Monteneqronu səfərdə 1:0 hesabı ilə məğlub edib.

Shares: