Basketbol üzrə Avroliqa turnirinin qalibi olmasına baxmayaraq, “Real” maliyyə çətinlikləri ilə üzləşib. “2PlayBook”un məlumatına görə, 2022/23 mövsümündə klub 27,8 milyon avro itki ilə üzləşib.

Müqayisə üçün qeyd edək ki, “Barselona”nın itkisi daha çox olub. Onların son mövsümdə zərəri 56,6 milyon avro təşkil edib.

Madrid “Real”ının xərclərinin artmasının səbəblərindən də biri Avroliqanın qalibi kimi basketbolçuların müqavilələrində nəzərdə tutulan bonuslardır. Məhz buna görə paytaxt təmsilçisinin xərcləri artıb.

Klub ötən mövsüm 22 milyon avro qazanc əldə edib. Bu, klub tarixində ən yüksək göstəricidir. Buna rəğmən, komanda xərclərini ödəyə bilməyib.

Mövsümlər üzrə Madrid “Real”ının itkiləri belə olub: 2018/19 (26,47 milyon avro), 2019/20 (26,36 milyon avro), 2020/21 (18,9 milyon avro), 2021/22 (31,11 milyon avro) və 2022/23 (27,8 milyon avro). Bu isə ümumilikdə son 5 il ərzində 130,64 milyon avro deməkdir.

Shares: