İkiqat dünya çempionu və “Aston Martin”in sürücüsü, ispaniyalı Fernando Alonso nəticələrin aşağı düşməsi və rəhbərlikdə mümkün dəyişikliyə baxmayaraq, komandanı tərk etməyəcək. Bu barədə “Aston Martin Formula 1 News” məlumat verib.

“Fernando Alonso “Aston Martin”i tərk etmək, karyerasını bitirmək və ya “Red Bull”a keçmək niyyətində deyil”, – deyə komandadakı mənbələrdən məlumat verilib. Onların sözlərinə görə, bu şayiələr reytinq qazanmaq xatirinə bəzi jurnalistlərin uydurmasıdır.

“Alonso bütün diqqətini “Aston Martin” üzərində cəmləyib. Məlumat etibarlıdır. Bu şayiələrdə həqiqət yoxdur”, – deyə qeyd edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl müsahibələrin birində  Alonso “Aston Martin” bolidini tənqid etmişdi.

Shares: