“Mançester Yunayted”də qalmaqallar bitmir. Məşqçini tənqid etdiyi üçün məşqlərdən uzaqlaşdırılan Ceydon Sançonun ardınca indi də Markus Reşford olay çıxarıb.

Futbolinfo.az xəbər verir ki, hücumçunun Mançester derbisində 0:3 hesablı məğlubiyyətdən sonra bir partiyə qatılması, səhərədək əylənməsi mətbuatın gündəminə düşüb. Oyunçunun “Mançester Siti”yə yenilgi günü belə addım atması azarkeşlərin də qəzəbinə səbəb olub.

Gecə klubunda dostunun ad gününə qatılan Reşfordun əylənməsi klubda da yaxşı qarşılanmayıb. Tez-tez belə məclisdə iştirak edən oyunçunun klubun nəticələrindən çox əyləncəni düşünməsi baş məşqçi Erik ten Haqın onu cəzalandırmasına səbəb ola bilər.

Shares: