Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “Dalğa Arena”da Monteneqro yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
Millimizin heyətində 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak və 84-cü dəqiqədə Ayşən Əhmədova fərqlənib.
Komandamız Millətlər Liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.