Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandalarının noyabrın 3-5-də keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıqları başa çatıb.

Futbolinfo.az xəbər verir ki, Fransanın Monpelye şəhərində reallaşacaq yarışda yığma qadınlar və kişilər arasında 9 çəki dərəsində 11 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu millilərin təlim-məşq toplanışlarına baş çəkərək, onların hazırlıqları ilə maraqlanıblar, cüdoçulara yarışda müvəffəqiyyətlər arzu ediblər.

Xatırladaq ki, kişilərdən və qadınlardan ibarət yığmaların üzvləri Avropa çempionatına hazırlıq məqsədilə İspaniya, Slovakiya və Özbəkistanda, həmçinin ölkəmizdə dəfələrlə təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçular Elnur Məmmədli başda olmaqla, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Qadınlar

48 kq
Leyla Əliyeva

52 kq
Gültac Məmmədəliyeva

Kişilər

60 kq
Balabəy Ağayev
Turan Bayramov

66 kq
Yaşar Nəcəfov

73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev

81 kq
Zelim Tçkayev

90 kq
Murad Fətiyev

100 kq
Zelim Kotsoyev

+100 kq
Uşanqi Kokauri

Shares: