Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Renat Dadaşovun komandası – “Hatayspor” da bu gün kubok matçına çıxıb.

Aşağı liqa təmsilçisi “Sarıyer”lə qarşılaşan Hatay təmsilçisi 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Renatın adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

Shares: